“İctimai nəzarəti həyata keçirən ölkənin Vətəndaş Cəmiyyətidir”

Hakimiyyət məhbus ailələrini, hüquq müdafiəçilərini, yerli və beynəlxalq ictimaiyyəti umsuq etməyin ləzzətini yaşayır. Sanki dünyaya meydan oxuyur ki, nə xahişə məhəl qoymaq fikrində deyil, nə çeşidli təzyiqlərə. Ancaq nə vaxtadək?
 
Maide.az xəbər verir ki, "Moderator" bu sualla hüquq müdafiəçisi, siyasi məhbus məsələsi üzrə hökumətlə yaradımış birgə İşçi Qrupun üzvü Mirvari Qəhrəmanlıya müraciət edib və aşağıdakı cavabı alıb:
 
"Çox təssüf ki, sual əslində hakimiyyətə yönəlməlidir. Ölkə başçısı çıxışında ictimai nəzarətin vacibliyini, onun əhəmiyyətini qeyd etdi. İctimai nəzarəti həyata keçirən isə ölkənin Vətəndaş Cəmiyyətidir. Bu gün ölkədəki proseslərə ictimai nəzarət edə biləcək QHT-rin demək olar ki, fəaliyyətləri məhdudlaşdırılıb. Və düşünürəm ki, hakimiyyətdə məhz buna maraqlı olan müəyyən qruplar var. Düşünürəm ki, hal - hazırda ölkədə gedən proseslər (hələlik məhz əfvlə bağlı) bunun sübutudur. Bu halın nə vaxtadək davam edəcəyi isə yalnız ölkə başçısından asılıdır."

Google+ WhatsApp ok.ru