Əfv Komissiyası bu gün yeni iclasa toplaşdı

Bir qədər öncə Prezident yanında Əfv Məsələləri Komissiyası növbəti iclasına toplaşıb.
 
Modern.az-ın məlumatına görə, iclasda əfvlə bağlı müraciətlər və bununla əlaqədar digər məsələlər müzakirə olunur.
 
Komissiya üzvlərinin sayta verdiyi məlumata görə, bu, qurumun son bir neçə gündə keçirdiyi dalbadal 3-cü iclasdır. İclaslarda müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq .
 
O da bildirilib ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Azərbaycan prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq. Budəfəki sərəncamın daha çox məhkuma şamil olunacağı gözlənilir.

Google+ WhatsApp ok.ru