“Çovdarovların başlatdığı iş heç cür yekunlaşmır”

İradə Cavadova: `Yeni tərkib köhnə tərkibin qanunsuz əməllərini ört-basdır edir`

Dövlət Bayrağı Meydanı Klmpleksi Idarəsinin keçmiş rəisi Rəşad Məmmədov da daxil olmaqla, bir neçə nəfərin təqsirləndirildiyi cinayət işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır. Bu iş üzrə təqsirləndirilənlərdən biri Isfəndiyar Isfəndiyarovun vəkili Iradə Cavadova istintaqın gedişindən narazıdır. Vəkil deyir ki, keçmiş MTN əməkdaşları tərəfindən heç bir əsas həbs olunan və aylardır günahsız dəmir barmaqlıqlar arxasında saxlanılan şəxslərin əleyhinə indi də saxta sübutlar toplamağa cəhd göstərilir.
 
Bununla əlaqədar vəkil DTX-nin Istintaq Baş Idarəsinin rəisinə məktub yazıb. Bundan əvvəl də dəfələrlə idarə rəisinə müraciət etdiyini deyən Iradə Cavadova budəfəki məktubunda yazır:
 
“Dəfələrlə Isfəndiyarov Isfəndiyar Sabir oğlu və tərəfimdən Sizə yazılı şəkildə bu cinayət işinin istintaqını aparan müstəntiqlərin yol verdiyi pozuntular barədə məlumat verilib. Həmin qanun pozuntularının ətraflı şəkildə Sizə çatdırılması üçün məni və hüquqlarını müdafiə etdiyimÿ şəxsi qəbul etməyinizi xahiş etmişik.ÿLakin müraciətimiz elə müraciət olaraq qalıb, qanun pozuntularının aradan qalıdırılması istiqamətində hər hansı addım atılmayıb. Halbuki, MTN-in əvəzinə DTX yarananda yeni dövlət qurumunda əvvəlkinə nisbətdə insan hüquq və azadlıqlarının zərrə qədər də olsa, təmin olunacağına ümidimiz vardı. Amma mənim tərəfimdən 5-6 dəfə, Isfəndiyar Isfəndiyarov tərəfindən isə 4 dəfə Sizə edilmiş müraciətə heç bir cavab verilməməsi deməyə əsas verir ki, yeni yaranmış dövlət qurumunda dəftərxana işləri hələ də tam formalaşmayıb, yəqin ki, ərizələrimiz bu səbəbdən Sizə çatdırılmayıb. Ən azı, bu cür olduğuna ümid edirik. Ona görə də budəfəki ərizəni Sizə KIV vasitəsilə çatdırmaq qərarına gəldik. Ümid edirik ki, bu ərizə barədə məlumat alandan sonra bu işin obyektiv araşdırılması üçün məni və hüquqlarını müdafiə etdiyim Isfəndiyar Isfəndiyarovu imkan tapıb qəbul edəcəksiniz”.
 
Iradə Cavadova “Azadlıq”a açıqlamasında bildirib ki, “Bayraq Meydanı” işi üzrə həbs olunan şəxslərə, o cümlədən Isfəndiyar Isfəndiyarov, Arzu Məmmədova qarşı 3 il əvvəl Abdulla Şaiq və Xanlar küçələrindəÿköçürmüş vətəndaşlardan istifadə etməyə çalışırlar. Həmin vətəndaşları DTX-ə dəvət edərək, təzyiq yolu ilə onları həbsdəki şəxslərə qarşı şikayətçi olmağa məcbur edirlər: “Əgər cinayət işi başlananda mötəbər sübutlar olsaydı, indi yeni sübut axtarışınaÿehtiyac olmazdı. Yeni tərkibin? DTX əməkdaşlarının köhnə tərkibin – MTN əməkdaşlarının qanunsuz hərəkətlərini, günahsız insanların həbsini ört-basdır etmək niyyətində olması, həmçinin bu biabırçılığa son qoyulması üçünÿprezidentə ərizə göndərmişik. Isfəndiyar Isfəndiyarov və digərlərinin həbsi keçmiş MTN əməkdaşlarının sifarişilə həyata keçirilib. Onların əməlində CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsinin əlamətlərini özündə əks etdirən cinayət hadisəsinin olmadığı aşkardır. Lakin nədənsə, köhnə qaydalarla işləməkdə davam edirlər. Və nədənsə yenə dəÿbu tipli işlərə – mənimsəmə, dələduzluq, vergidən yayınma və s. məsələlərə köhnə MTN-də və ya yeni DTX-da baxılır”.
 
Vəkil qanunu pozanların və ya buna göz yumanlara keçmiş MTN-də yüksək vəzifələrdə təmsil olunan şəxslərin aqibətini xatırladır: “Prezident özü də dəfələrlə deyib ki, “heç kim imtiyazlı ola bilməz, heç kim toxunulmaz deyil, hamı qanun qarşısında bərabərdir. Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Məmurlar yekəxanalıq etməməlidir. Hesab etməməlidir ki, onların hansısa xüsusi statusu var”. Təəssüf ki, məmurlar bir çox hallarda prezidentin dediklərinə əməl etmirlər. Məsələn, DTX-nin Istintaq Baş Idarəsinin rəisinə biz onun işçilərinin yol verdiyi qanun pozuntuları barədə məlumat vermək istəyirik, o isə ümumiyyətlə, bizi eşitmək istəmir. Belə olan haldaÿqondarma cinayət işinin ədalətli araşdırılmasına, obyektiv qərar qəbul edilməsinə heç bir ümidimiz yoxdur. Çovdarovlar və onların dostlarının sifarişilə başlanmış iş heç cür yekunlaşa bilmir”.

Google+ WhatsApp ok.ru