Əfv siyahısına düşən məhbusların sayı açıqlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının qəbul etdiyi tövsiyə xarakterli qərarlar dövlət başçısı İlham Əliyevə göndərilib. Bu barədə Dövlət Komissiyasından məlumat verilib.
 
"Bütövlükdə, Əfv Məsələləri Komissiyasının iclaslarında 400 müraciətə baxılıb. Tövsiyə xarakterli qərarlar siyahısı Azərbaycan Prezidentinə təqdim olunub", —deyə Komissiyadan bildirilib.
 
Qeyd olunub ki, dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var",
 
Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.

Google+ WhatsApp ok.ru