“Panama sənədləri” UEFA-nı da qarışdırdı

İsveçrə polisi “Panama sənədləri” araşdırmasına görə UEFA-nın ofisində reyd keçirib.
 
Bu barədə aprelin 6-da BBC quruma istinadla xəbər yayıb.
 
Məlumata görə, axtarış çempionlar liqası çərçivəsində keçirilən oyunlara yayım hüququ barədə sövdələşmə ilə bağlıdır.
 
İndiki FİFA prezidenti Canni İnfantino təşkilatda işlədiyi dövrdə “Cross Trading” şirkəti ilə 111 min dollarlıq müqavilə imzalayıb. Bundan sonra isə yayım hüququ təxminən 3 dəfə bahasına “Teleamozonas” şirkətinə satılıb.
 
UEFA bunun açıq tender əsasında edildiyini və istintaqla əməkdaşlığa hazır olduğunu bildirib.
 
İnfantino fevralın sonunda FİFA prezidenti seçilib.
 
Əvvəlki prezident Seep Blatter korrupsiya qalmaqalına görə istefa verib və ona qarşı cinayət işi qaldırılıb. /

Google+ WhatsApp ok.ru