“Qarabağ”dan ilk transfer

“Qarabağ” “Qəbələ”dən ayrılan Arif Daşdəmirovu heyətinə cəlb edir.
 
Maide.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi yaxın iki gündə A.Dəşdəmirovla müqavilə imzalayacaq. 
 
Millimizin də futbolçusu olan 28 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanacaq.Daşdəmirov bu yay transfer pəncərəsində Ağdam klubunun aldığı ilk futbolçu olacaq.
 
Xatırladaq ki, A.Daşdəmirov 2015/16 mövsümünü "Qəbələ"də keçirilb. Mövsüm yekunlaşandan sonra o, bölgə klubu ilə yolları ayırıb.

Google+ WhatsApp ok.ru