Şəkər xəstəliyinin müalicəsində yenilik

Sadəcə bircə iynə sıçanları şəkər diabetindən müalicə etdi

Maide.Az xəbər verir ki, Vaşinqton Universitetinin (University of Washington) tədqiqatçıları tərəfindən aparılan təcrübənin nəticələri onları heyrand edib.

Alimlər sıçan və siçovulların üzərində apardığı tədqitalar nəticəsində gəmiriciləri iki cür diabet xəstəliyindən müalicə ediblər. Tədqiqatçılar buna sıçanlara infeksiyanın fibroblast artımı (FGF1) vurmaqla nail olublar. Müalicəni 17- həftə davam etdirməklə, həkimlər xəstəliyi birdəfəlik yox edə biliblər.

Əvvəllər tədqiqatçılar sübut etmişdilər ki, FGF1 səmərəli olaraq, qanda qlükoza konsentrasiyası azaldır. Lakin bundan öncə, onlar bu üslubu beyində tətbiq etməmişdilər. Həkim tədqiqatçı Cerrad Skarlet izzah edir ki, inseksiaların bir neçə ay təsir edəcəyinə inanmırdılar.  

Gəmiricilərin beyninə FGF1 vurulduqdan sonra onların beynində zülalların səviyyəsi artaraq, iştahaları çoxalıb, maddələr mübadiləsi tənzimlənib. Yeməkdən sonra isə onlarda qlükozanın səviyyəsi sürətlə bərpa olunub. Tədqiqatçılar eyni təcrübəni qırmızı və digər gəmiricilərin üzərində də aparıblar və oxşar nəticəni alıblar.

Lakin həkimlər bunu (FGF1 inyeksiya)sını insanlarında beyninə  vurmaqla onları şəkər diabetindən azad etmək barədə danışmağın tez olduğunu deyiblər. Ancaq əldə olunan nəticələr müəlliflərin vasitəsilə yeni növ müalicələrin və daha müasir dərmanların düzəldilməsi üçün istifadə oluna bilər.

Google+ WhatsApp ok.ru