Sağlam qida Limon qabıqlarını atmayın! Faydaları 27 May 2016 01:00 Sağlamlıq Naturopat həkimlər (təbii vasitələrlə müalicə edən mütəxəssislər) limon qabığını limonun ətindən daha faydalı hesab edir. Adətən biz limon dilimini çaya əlavə edirik və çay içdikdən sonra bu dilimi atırıq. Qiymətli müalicəvi məhsul olan limondan belə istifadə etmək məqsədəuyğun deyil. Limonu qabıqlı şəkildə qəbul etmək lazımdır. Limon qabıqlarının müalicəvi xüsusiyyətləri arasında: - sümüklərin sağlamlığı üçün faydalıdır - antioksidantlarla zəngindir, orqanizmi cavanlaşdırır - orqanizmi toksiki maddələrdən təmizləyir - qanda xolesterinin səviyyəsini aşağı salır - ürəyin sağlamlığı üçün faydalıdır - sinir sisteminə müsbət təsir edir - damarları möhkəmləndirir, qanı təmizləyir, duruldur, trombların əmələ gəlməsinin qarşısını alır - dərinin vəziyyətinə müsbət təsir edir - bioflafonoidlər maddələri ilə olduqca zəngindir. Sübut olunub ki, bu maddələr orqanizmi xərçəngdən qoruyur. Limondan fayda almaq istəyirsinizsə, limonu qabıqlı şəkildə yeyin. Faydalı resept: limonu qabıqlı şəkildə blenderdən keçirin, eyni miqdarda balla qarışdırın və bu faydalı qarışığı gündə 2 dəfə 1 ç.q. olmaqla qəbul edin. Teqlər : #Sağlam qida Limon qabıqlarını atmayın! Faydaları, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gilas saplaqları arıqladır və orqanizmi təmizləyir. FAYDALI RESEPTLƏR Şəkər xəstəliyinin müalicəsində yenilik
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir