Əli İnsanova qarşı yeni cinayət işi açılıb?- YENİLƏNİB

Sabiq nazirin vəkillərindən Ağaveyis Şahverdi Azadlıq Radiosuna açıqlamasında yeni ittihamla bağlı ona hər hansı bilgi verilmədiyini, bundan xəbərsiz olduğunu deyib.
 
Onun digər vəklii Toğrul Babayevə isə Azadlıq Radiosuna açıqlamasında yeni ittihamla bağlı yayılan məlumatları təkzib edib. Vəkil cəzaçəkmə müəssisəsində sabiq nazirlə görüşdüyünü, onun durumunun yüksək olduğunu bildirib. 
 
O, sabiq nazirə qarşı yeni ittihamin irəli sürülməsi ilə bağlı iddianın hardan yarandığını bilmədiyini söyləyib.
 ***
 
Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işi açılması barədə məlumat yayılıb.
Vəkil Namizəd Səfərov “Qafqazinfo”ya açıqlamasında deyib ki, bu barədə ona məlumat daxil olub. Əli İnsanova qarşı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
N.Səfərov deyib ki, Ə.İnsanov cəzaçəkmə müəssisəsinin nəzarətçisinə müqavimət göstərməkdə ittiham edilir.
Əli İnsanovun vəkilləri telefon zənglərinə cavab verməyib.
Qeyd edək ki, Əli İnsanov 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin sonunda cəzasının müddəti başa çatır.
 

Google+ WhatsApp ok.ru