“Qarabağ” qrup mərhələsinə yüksəlib

“Qarabağ” qrup mərhələsinə yüksəlib

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında qrup mərhələsinə yüksəlib.  

 

Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları “Höteborq”la bu dəfə Bakıda üz-üzə gəlib.

 

Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlayıblar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən “Qarabağ” rəqib komandanı 3:0 hesabla darmadağın edib. Oyunun 18-ci dəqiqəsində “Qarabağın” kapitanı Rəşad Sadıqov künc zərbəsindən hesabı açıb. Qarşılaşmanın 26-cı dəqiqəsində komandanın yarımmüdafiəçisi Muarem Muarem rəqibin qapısına ikinci qolu vurub. “Qarabağ”-“Höteborq” qarşılaşmasının 51-ci dəqiqəsində Ağdam klubunun oyunçusu Dani Quintana rəqibin qapısından üçüncü qolu keçirib.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olub. (apa) /

 

Avropa Liqası

Pley-off, cavab oyunu

25 avqust

 

“Qarabağ” – “Höteborq” (İsveç) - 3:0

Qollar: Rəşad Sadıqov, 19, Muarem Muarem, 26, Dani, 51

 

Baş hakim: Vladislav Bezborodov

Bakı. T. Bəhramov adına Respublika stadionu

Google+ WhatsApp ok.ru