“Qarabağ” və “Qəbələ”nin qrup mərhələsində rəqibləri müəyyənləşib 26 Avqust 2016 01:00 İdman UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Monakoda baş tutan tədbirdə həlledici mərhələnin 48 iştirakçısının rəqibi bəlli olub. Bu klublar hərəsində 4 komanda olmaqla 12 qrupa bölünüb. Ötən mövsüm olduğu kimi, yenidən qrup mərhələsinə yüksələn Azərbaycan klublarının da rəqibləri bilinib. “Qəbələ” C qrupunda “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Mayns”la (Almaniya) mübarizə aparacaq. “Qarabağ” isə J qrupunda “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan”la (Çexiya) qüvvəsini sınayacaq. Bu mərhələnin oyunlarına sentyabrın 15-də start veriləcək. Növbəti oyunlar sentyabrın 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, dekabrın 6-da baş tutacaq. Qeyd edək ki, İsveçin “Höteborq” klubunu keçən “Qarabağ” (0:1, 3:0) ardıcıl üçüncü, Sloveniya “Maribor”unu yolundan kənarlaşdıran (3:1, 0:1) “Qəbələ” isə ikinci dəfə qitənin nüfuzuna görə ikinci ən böyük turnirinin əsas raundunda mübarizə aparacaq. (apa) / Avropa Liqası Qrup mərhələsi A qrupu “Mançester Yunayted” (İngiltərə) “Fənərbaxça” (Türkiyə) “Feyenoord” (Hollandiya) “Zarya” (Ukrayna) B qrupu “Olimpiakos” (Yunanıstan) APOEL (Kipr) “Yanq Boyz” (İsveçrə) “Astana” (Qazaxıstan) C qrupu “Anderlext” (Belçika) “Sent-Etyen” (Fransa) “Mayns” (Almaniya) “Qəbələ” (Azərbaycan) D qrupu “Zenit” (Rusiya) “Alkmaar” (Hollandiya) “Makkabi” (Təl-Əviv, İsrail) “Dandalk” (İrlandiya) E qrupu “Viktoriya” (Çexiya) “Roma” (İtaliya) “Austria” (Avstriya) “Astra” (Rumıniya) F qrupu “Atletik” (İspaniya) “Genk” (Belçika) “Rapid” (Avstriya) “Sassuolo” (İtaliya) G qrupu “Ayaks” (Hollandiya) “Standard” (Belçika) “Selta” (İspaniya) “Panatinaikos” (Yunanıstan) H qrupu “Şaxtyor” (Ukrayna) “Braqa” (Portuqaliya) “Gent” (Belçika) “Konyaspor” (Türkiyə) İ qrupu “Şalke” (Almaniya) “Zalsburq” (Avstriya) “Krasnodar” (Rusiya) “Nitsa” (Fransa) J qrupu “Fiorentina” (İtaliya) PAOK (Yunanıstan) “Slovan” (Çexiya) “Qarabağ” (Azərbaycan) K qrupu “İnter” (İtaliya) “Sparta” (Çexiya) “Sauthempton” (İngiltərə) “Hapoel” (Beer-Şeva, İsrail), L qrupu “Vilyareal” (İspaniya) “Styaua” (Rumıniya) “Sürix” (İsveçrə) “Osmanlıspor” (Türkiyə) Teqlər : #Qarabağ və Qəbələnin qrup mərhələsində rəqibləri müəyyənləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru UEFA Çempionlar Liqası ilə bağlı yeni qərar qəbul edib “Qarabağ” və “Qəbələ”nin Avroliqa oyunlarının TƏQVİMİ