“Real” dünya çempionu oldu

“Real” dünya çempionu oldu

Dekabrın 18-də klublararası dünya çempionatında final oyunu keçirilib.
 
APA xəbər verir ki, Yaponiyada keçirilən turnirin həlledici qarşılaşmasında Madridin “Real” klubu meydan sahibi “Kaşima” ilə qarşılaşıb.
 
Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda qalib əlavə edilmiş dəqiqələrdə müəyyənləşib. Madridlilər 4:2 hesabı ilə qələbə qazanaraq dünyanın ən güclüsü olublar.
 
Görüşdə "Real"ın portuqaliyalı superulduzu Ronaldo het-triklə yadda qalıb.
 

Google+ WhatsApp ok.ru