“Nardaran işi” üzrə hökmün oxunması təxirə salınıb

“Nardaran işi” üzrə hökmün oxunması təxirə salınıb

Bu gün “Nardaran işi” üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslərin çıxışları yekunlaşıb.
 
Maide.Az- in APA-ya istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son söz deyib.
 
F. Qəhrəmanlı ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, təqsirsiz olduğunu deyib.
 
Digər təqsirləndirilən Abbas Quliyev də son söz deyib və günahsız olduğunu bildirib.
 
Bundan sonra məhkəmə hökm çıxarmaq üçün müşavirəyə çəkildiyini elan edib.
 
Amma hökmün nə vaxt açıqlanacağı elan edilməyib. 

Google+ WhatsApp ok.ru