Əfv sərəncamı ilə 10 inanclı məhbus azadlığa çıxır

Əfv sərəncamı ilə 10 inanclı məhbus azadlığa çıxır

-- əfv sərəncamının icrasına başlanılıb.

Prezident İlham Əliyevin mayın 24-də imzaladığı əfv sərəncamı adı siyasi məhbus siyahılarında keçən 12 nəfərə də şamil olunub. 
 
Maide.Az "novator.az"a istinadən xəbər verir ki,  əfvə düşən siyasilərdən 10 nəfərinin inanclı məhbuslar olduğu bildirilir.
 
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanan əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Həbsdə olan 607 nəfər, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzasının çəkilməmiş hissəsindən, şərti həbsə məhkum edilmiş 9 nəfər və barəsində həbs qərarı çıxarılmış, amma cəzasını çəkməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib. 11 nəfər isə cərimə cəzasından azad olunub.
 
Qeyd edək ki, bu gündən əfv sərəncamının icrasına başlanılıb.
 

Google+ WhatsApp ok.ru