Ən gözəl əsər – Haqq yolda şəhadət

Ən gözəl əsər – Haqq yolda şəhadət

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 157-158-ci ayələrində buyurur:

 

وَلَئِن قُتِلْتُمْ فِي سَبِيلِ اللّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ. وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لإِلَى الله تُحْشَرُونَ

 

Əgər Allah yolunda öldürülsəniz ya ölsəniz (ziyan etməmisiniz, çünki) Allahın bağışlaması rəhməti (ömür boyu) topladıqlarınızdan daha yaxşıdır. Əgər ölsəniz ya öldürülsəniz, hökmən Allaha doğru gətiriləcəksiniz.”

 

Birinci ayədə Allah iki nöqtəni bəyan etməklə süstləşdirici şayiələrə belə cavab verir:

a) Ölüm və həyat Allahın əlindədir. Cəbhəyə getmək uzun ömrü qısaltmır.

b) Allah yolunda qədəm götürən insan ölsə də, şəhid olsa da xeyir tapmışdır. Çünki o, öz ömrünü verib Allahın bağışlama və rəhmətini almışdır. Demək, heç nə uduzulmamışdır.

Hər kəs cəbhəyə, təhsil almağa, həccə və ziyarətə, təbliğə və digər müqəddəs hədəflər ardınca gedərkən dünyasını dəyişsə, Allahın rəhmət və bağışlamasını əldə edər.

Birinci ayədə “fi səbilillah”, yəni “Allahın yolunda” ifadəsi işlənsə də, ikinci ayədə işlədilməmişdir. Söhbət istənilən bir yolda öldürülənlərin və ya ölənlərin Allaha doğru gətiriləcəyindən gedir. Bir halda ki, ölüm hamı üçün qətidir və Qiyamət günü hamı Allahın qarşısında duracaq, nə üçün ən gözəl yolu seçməyək? Əgər ölüm və şəhadət Allaha doğru qayıdışdırsa, nə üçün şəhadətdən qorxaq?

İmam Hüseyn (ə) buyurmuşdur:

وَ إِنْ تَكُنِ الْأَبْدَانُ لِلْمَوْتِ أُنْشِئَتْ

فَقَتْلُ امْرِئٍ بِالسَّيْفِ فِي اللَّهِ أَفْضَلُ‏

Ölümə gedirsə bütün bu tənlər,

Haqq yolda şəhadət ən gözəl əsər.

(“Biharul-ənvar” , c.44, səh.374.)

Bildirişlər

1. İlahi dünyagörüşündə Allah yolunda ölüm və şəhadət bütün dünya və onda olanlardan üstündür.

2. Əsas məsələ Allah yolunda olmaqdır. Bu yolun şəhadət və ya ölümlə başa çatmasının fərqi yoxdur.

3. Əvvəlcə bağışlanmaq, sonra ilahi rəhməti əldə etmək lazımdır. Ayədə bağışlanma sözü rəhmət sözündən əvvəl gəlmişdir.

4. Bağışlanma və rəhmətin nəticəsi əbədilik, dünya malının ömrü isə müvəqqətidir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi 157-158-ci ayələrin təfsiri.)

 

Maide.az

 

 

Google+ WhatsApp ok.ru