Abbas Hüseynovun daha iki qardaşı saxlanıb

Abbas Hüseynovun daha iki qardaşı saxlanıb

«Nardaran hadisələrində təqsirləndirilən Abbas Hüseynovun daha iki qardaşı saxlanılıb».
 
Bunu AzadlıqRadiosuna A.Hüseynovun vəkili Fariz Namazov bildirib.
 
Vəkilin deməsinə görə, A.Hüseynovun qardaşları Elçin və Malik Hüseynovlar oktyabrın 6-sı axşam saatlarında saxlanılıblar: «Yaxınlarının mənə dediklərinə görə, hər iki qardaş əvvəlcə Yasamal rayonundakı 29 Saylı Polis Bölməsinə gətiriliblər. Oradan isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıblar».
 
Oktyabrın 5-i axşam saatlarında isə Abbas Hüseynovun qardaşlarından Hüseynağa Hüseynovun saxlandığı bildirilirdi.
 
Ancaq A.Hüseynovun 3 qardaşının saxlanması ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
 
Abbas Hüseynov məhkəmədə kəskin mövqeyi ilə seçilir. Hətta, bir dəfə hakim onu məhkəmə salonundan çıxardıb. Bəzilər ehtimal edirlər ki, qardaşlarını məhz Abbas Hüseynovu susdurmaq məqsədilə saxlayıblar. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru