ABŞ Səudiyyə Ərəbistanını çətin duruma sala biləcək sənədləri ortaya çıxarır

“The Hill” qəzetinin məlumatına görə, Ağ Ev 11 sentyabr hadisəsi ilə bağlı 28 səhifəlik sənədi məxfilik katiqoriyasından çıxararaq, ictimailəşdirmək istəyir.
 
Keçmiş senator Bob Qraham CBS telekanalına mövzu ilə əlaqədar müsahibəsində bildirib ki, qeyd olunan sənədlərin ifşası 11 sentyabr olayı ilə bağlı təyyarələri oğurlayanların kimlər tərəfindən himayə edildiyini aydınlaşdıracaq.
 
Senator deyib: “19 nəfərdən çoxu əgər ingiliscə danışa bilmirsə, ABŞ da bir dəfə belə olsun olmayıbsa, eyni zamanda ibtidai savadı belə yoxdursa daxili himayə olmadan bu qədər peşəkar hücum həyata keçirə biməsi məntiqsizdir.”
 
Bob Qraham vurğulayıb ki, təyyarəni oğurlayan terrorçular birbaşa olaraq Səudiyyə Ərəbistanı və bu ölkənin xeyriyyə cəmiyyətləri tərəfindən himayə olunublar.
 
Movzu ilə bağlı açıqlama verən Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş şefi Porter Qoss isə belə deyib: “O zaman FTB qeyd olunan sənədlərin ifşasının qarşısını almışdı. Zənnimcə hazırda onların məxfi saxlanılmasına ehtiyac yoxdur.” O əlavə edib: “O vaxt ABŞ, Səudiyyə Ərəbistanı ilə əlaqələrin korlanmaması üçün onları məxfi saxlamışdı.”
 
13 il sonra, özü də Barak Obamanın bu ay Səudiyyəyə səfəri öncəsi belə bir məlumatın dərc olması maraq doğurmaya bilmək. Ola bilsin ki, Barak Obama daim rəsmi Vaşınqtonu külli miqdarda pulları ilə susduran Riyad diktatorlarını bu dəfə yaxşıca xərcə salmaq niyyətindədir.FaktXeber /
 

Google+ WhatsApp ok.ru