AFFA 3 klubu cəzalandırıb

AFFA 3 klubu cəzalandırıb

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Premyer Liqanın XVI turunun oyunlarında baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.
 
“Qəbələ” – “Neftçi” oyununu nəzərə almasaq, daha üç klub cəzalanıb. AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu üzdən malili 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
“Zirə” – “Kəpəz” oyununda meydan sahibləri 5, qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib.
 
Görüşün 28-ci dəqiqəsində “Zirə”nin üzvü Meza Kolli, 90+3-cü dəqiqəsində “Kəpəz”in oyumçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub. (apasport) /

Google+ WhatsApp ok.ru