Şahidlər İlahiyyatçı Elşən Mustafaoğlunun məhkəməsinə gəlməyiblər

Şahidlər İlahiyyatçı Elşən Mustafaoğlunun məhkəməsinə gəlməyiblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Verilən məlumata görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib. Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə bildirilib ki, şahidlərin barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilsə də, onlar iclasa gəlməyiblər. Proses oktyabrın 4-də davam edəcək. Həmin gün sənədlərin tədqiqinə başlanacaq. 
 
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. (apa) /

Google+ WhatsApp ok.ru