Şahin Novruzlu universitetə bərpa olundu

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan “Nida”çı fəal Şahin Novruzlu Odlar Yurdu Universitetinə bərpa olunub. Şahin Novruzlunun bacısı Natəvan Novruzlu “Media forum” saytına bildirib ki, qardaşı təhsilini 1-ci kursdan davam etdirir.
 
19 yaşlı Şahin Novruzlu 2013-cü ilin yazında 7 “Nida”çı gənclə tutulmuş və 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
 
Şahin Novruzlu azadlığa çıxmazdan bir neçə gün qabaq – oktyabrın 14-də onun 53 yaşlı atası İbrahim Novruzlu ürək tutmasından vəfat edib.

Google+ WhatsApp ok.ru