Akif Çovdarovun məhkəməsi təxirə salınıb

Akif Çovdarovun məhkəməsi təxirə salınıb

Vəkil cinayət işinin materialları ilə hələ də tanış ola bilmədiyini deyib
 
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim
 
Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
 
"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmə iclasının təxirə salınmasını istəyib.
 
Vəkil cinayət işinin materialları ilə hələ də tanış ola bilmədiyini deyib. O, məhkəmədən vaxt istəyib.
 
Proses oktyabrın 31-nə qədər təxirə salınıb. /

Google+ WhatsApp ok.ru