Ali Məhkəmə jurnalist Pərviz Həşimlinin şikayətinə baxacaq

Oktyabrın 27-də Ali Məhkəmədə həbsdə olan jurnalist Pərviz Həşimlinin kassasiya şikayətinə baxılacaq.
 
İşə Fərhad Kərimovun sədrliyilə məhkəmə heyəti baxacaq. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.
 
Müdafiə tərəfi hesab edir ki, məhkəmə jurnalistin günahını sübuta yetırməyib. “Bizim yol” qəzetinin əməkdaşı, Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzinin rəhbəri P.Həşimli 2013-cü il sentyabın 17-də MTN əməkdaşları tərəfindən saxlanılıb.
 
2014-cü il mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz narkotik maddənin əldə edilməsində,  saxlanmasında, silah və hərbi sursat qaçaqmalçılığında təqsirkar bilərək 8 il azadlıqdan məhrum edib.
 
2015-ci il dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
 
P.Həşimli bildirib ki, bu iş üzrə keçən digər müttəhim Qurbanov ona böhtan atıb. Hüquq müdafiəçiləri P.Həşimlini siyasi məhbus kimi tanıyıblar.

Google+ WhatsApp ok.ru