Almaniya İtaliyaya qarşı

Almaniya İtaliyaya qarşı

“Avro-2016”da 1/4 finalın oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha bir yarımfinalçının adı məlum olacaq.

Almaniya və İtaliya milliləri üz-üzə gələcək. Erkən final adlandırılan görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu oyunda qalib gələn komanda yarımfinalda Fransa - İslaniya cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, artıq ilk yarımfinalçılar bəllidir.  Final uğrunda Uels və Portulqaliya milliləri mübarizə aparacaq.

2 iyul

23:00. Almaniya - İtaliya
Baş
 hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyorqi Rinq, Ventsel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

3 iyul

23:00. Fransa - İslandiya /

Google+ WhatsApp ok.ru