Alyans siyasi məhbuslarla bağlı sayt yaradır

Maide.az xəbər verir ki, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı (SMAİA)  siyasi məhbusların müdafiəsi ilə bağlı işlərin  gücləndirilməsi haqda açıqlama yayıb.
 
Qurum ölkə və beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, rəsmi Bakının siyasi məhbuslara qisasçı münasibətinin dəyişmədyini bildirir. İctimai fəalların şərlənərək həbsə atılmasına, ədalətsiz məhkəmə hökmlərinə ağır cəzaya məruz qalmalarına diqqət çəkilir. Qurum buna nümunə olaraq Leyla və Arif Yunus, İntiqam Əliyev, Xədicə İsmayıl, Seymur Həzi, Elvin Abdullayev, Asif Yusifli, Taleh Xasməmmədov və digər siyasi barədəki hökmləri ədalətsiz, sifarişli adlandırır. Qurum siyasi məhbusların yerli və beynəlxalq ictimaiyyət tərəfindən daha ciddi müdafiə olunmalarına zərurət odluğunu bildirir.
 
Bununla bağlı Alyansın siyasi məhbuslarla bağlı saytın yaradılmasına start verib. Saytın Azərbaycan və ingilis dillərində olacağı qeyd olunur. Saytın məqsədi siyasi məhbusları beynəlxalq ictimaiyyətə tanıtmaq, onları müdafiə etməkdir. Alyans növbəti hesabatını hazırladığını da nəzərə çatdırır. Sənəddə ənənəvi olaraq həbs yerlərində vəziyyət, dustaqların saxlanma şəraiti, həbsxanalarda korrupsiya faktları, siyasi məhbuslara işgəncə verən məmurların və onlar haqqında ədalətsiz məhkəmə hökmləri çıxaran hakimlərin qara siyahısı, eləcə də digər məsələlər yer alacağı deyilir.

Google+ WhatsApp ok.ru