Amal Kluni Xədicə İsmayılı Avropa Məhkəməsində təmsil edəcək 19 Yanvar 2016 02:00 Hüquq Beynəlxalq miqyasda tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Amerikanın NBC telekanalına müsahibəsində hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib. O, Xədicə İsmayılın adını çəkməsə də, "Azərbaycanda hakim rejimin korrupsiya hallarını araşdıran qadın jurnalistin" işini götürməsindən danışaraq, onun "olduqca cəsur bir qadın olduğunu"- deyib. Kluni jurnalistin yataq otağında video kameranın yerləşdirilməsi və intim görüntülərin yayımlanması ilə ona hədə-qorxu gəlindiyini qeyd edib. Lakin bu, Kluninin sözlərinə görə, "jurnalisti saxlamayıb və indi o, saxta ittihamlarla dəmir barmaqlılar arxasındadır". Amal Kluni deyib ki, o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Xədicə İsmayılın vəkilləri hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.contact / Teqlər : #Amal Kluni Xədicə İsmayılı Avropa Məhkəməsində təmsil edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda saxlanılan nurçuların apellyasiya şikayətləri üzrə məhkəmə başlayıb Avropa Şurası Xədicənin hakimiyyətə qarşı iddiasını dəstəklədi