Apellyasiya Məhkəməsi Leyla və Arif Yunusları xaricə buraxmaqdan imtina edib

Bu gün Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçiləri Leyla və Arif Yunusların şikayətinə baxılıb. Belə ki, onların müalicə üçün xaricə getməsinə icazə verilmir.
 
Xüsusi icazə ilə bağlı sorğu onunla əlaqədardır ki, cütlük cinayət cəzasına məhkumdur. Leyla və Arif Yunuslar 2014-cü ilin iyul-avqust aylarında 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Bir il həbsdən sonra Apellyasiya Məhkəməsi hökmü “şərti olaraq” beş il ilə əvəzləyib.
 
A.Yunus bir neçə dəfə hipertonik krizis çıxarıb. L.Yunus isə hepatit C, şəkərin ağır formasından əziyyət çəkir. Həbsdən sonra bu xəstəliklər kəskinləşib. Lakin Yasamal Rayon Məhkəməsi onların ölkədən çıxışına qadağa qoyub.
 
Apellyasiya şikayətinə baxılması hakim Həsən Əhmədovun sədrliyilə keçirilir.
 
Vəkil Elçin Sadıqov Yunuslar cütlüyünün ağır xəstə olduğunu qeyd edib. Belə ki, L.Yunus hepatit C, şəkər, öd daşı xəstəliklərindən əziyyət çəkir. A.Yunusun boynunda şiş var. 
 
Vəkil qeyd edib ki, bu xəstəliklər Berlinin Charite klinikasının professoru Kristian Vittin rəyində göstərilib. Vəkil deyib ki,  Apellyasiya Məhkəməsi məhz bu xəstəliklərə əsaslanaraq hökmü şərti cəza ilə əvəzləyib. Odur ki, həkim rəyinin səhihliyi barədə şübhə ola bilməz.
 
E.Sadıqovun sözlərinə görə, Yunuslar cütlüyünün müalicəsi Berlin klinikasında mümkündür. Cütlük Azərbaycan səfirliyinin və ya konsulluğun əməkdaşlarının müşayiətilə klinikaya getməyə hazırdır.
 
A.Yunus deyib ki, onların uzun müddət Azərbaycanda müalicəsi nəticə verməyib.
 
Belə ki, onlar hələ MTN-in təcridxanasında səlahiyyətli həkim tərəfindən müayinə ediliblər.
 
A.Yunusun müalicəsinin effektiv olmamasının səbəbləri onunla izah edilir ki, yerli həkimlər sovet metodologiyası üzrə fəaliyyət göstərirlər.
 
A.Yunusun sözlərinə görə, cütlük bir sıra yerli klinikaya müraciət edib, lakin həkimlər ölüm riskinə görə məsuliyyəti öz üzərlərinə götürməyiblər.
 
A.Yunusun sözlərinə görə, doktor Vittin metodikası onlara kömək edib, vəziyyətləri bir qədər yaxşılayıb.
 
“Lakin artıq doktor Vitt gedib, dərmanlar qurtarıb”, - A.Yunus qeyd edib.
 
O deyib ki, boynunda şiş var və bu, güclü ağrılara səbəb olur. Yerli həkimlər bu xəstəliyin diaqnozunu qoya bilmirlər.
 
L.Yunusun sözlərinə görə, cütlük professor Vittin sayəsində sağ qalıb. Belə ki, o, yerli həkimlərin fikirlərinə zidd olaraq rəy verib ki, onların həbsdə qalması həyatları üçün təhlükəlidir.
 
O həmçinin prezident İlham Əliyevə təşəkkürünü bildirib ki, onları həbsdən azad edib. “Ancaq biz müalicə olunmasaq evdə öləcəyik”, - o vurğulayıb.
 
Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrası üzrə nümayəndə deyib ki, Arif və Leyla Yunuslar şərti cəzanın tələblərini yerinə yetirirlər və vaxtında qeydiyyatdan keçirlər.
 
Lakin onlar gedərsə hökmün icrasına nəzarət etmək mümkün olmayacaq.
 
Dövlət ittihamçısı şikayətin təmin edilməsinin əleyhinə olub və hakim cütlüyün şikayətini təmin etməyib.
 
Vəkil məhkəmənin qərarının qanunsuz olduğunu və Avropa İnsan Hüquqları Məhkəməsinin 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan olunması) maddələrinin pozulduğunu bildirib. O qeyd edib ki, müdafiə tərəfi kassasiya şikayəti verəcək.
 
L.Yunus deyib ki, indiyədək 6 əməliyyat keçirib və hazırda təcili əməliyyat olunmalıdır. O həmçinin kassasiya şikayəti verəcəyini bildirib.
 
A.Yunus da təcili müalicə olunmalarının vacibliyini qeyd edib.
 
Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Yunusların xaricə buraxılmamasını pisləyib. “Adi gözlə də görmək olur ki, bu adamlar ağır xəstədir. Onların müalicə imkanları təcili təmin edilməlidir. Biz öz tərəfimizdən onları zaminə götürməyə hazırıq”, - E.Həsənov bildirib. contact /

Google+ WhatsApp ok.ru