Araz Quliyev, Anar Qasımlı və bir neçə məhbus yoxa çıxıb- YENİLƏNİB

14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən baş redaktor Araz Quliyev və hicab məhbusu Anar Qasımlı məhbuslar üçün İxtisaslaşdırılmış Müalicə müəssisəsinə aparılıb.
Cenubnews.com-a bu barədə məhbusların yaxınları məlumat verib. Hazırda məhbusların ailələri İxtisaslaşdırılmış Müalicə müəssisəsindədirlər. Ailələri görüş tələb etsələr də, rəhbərlikdən bildirilib ki, görüş ancaq yanvarın 15-dən sonra olacaq. Rəhbərlik həmçinin əlavə edib ki, 14 saylı CÇM-dən vərəm dispanserinə 20 məhbus gətirilib.
 
****
14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Cenubnews.com" saytının təsisçi və baş redaktoru Araz Quliyev, hicab məhbusu Anar Qasımlı və bir neçə məhbus həbsxanada yoxdur.
 
Hadisədən məhbusların yaxınları narahat olduqlarını bildiriblər.
 
Daxil olan məlumata görə, adı çəkilən məhbusların "Tubzon"a göndərildiyi deyilir.Bu cəzaçəkmə müəssisəsinə məhbuslar xüsusi olaraq aparılır və döydürülür.
 
Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı məhkum Elşad Babayev həbsxananın 5 nadzoru - Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar tərəfindən işgəncə ilə öldürülmüşdü.Bundan sonra həbsxanada olan bütün məhkumlar baş verən haqsızlığa qarşı etiraz etmişdilər.

Google+ WhatsApp ok.ru