Arif Yunus barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıb 05 Avqust 2014 01:00 Hüquq Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıb. Vəkil Xalid Bağırov APA-ya bildirib ki, Arif Yunus bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşı Leyla Yunusa yemək apararkən polis tərəfindən saxlanılıb. Prokurorluq Arif Yunusun yaşadığı Yasamal rayonunu tərk etməməklə bağlı iltizamı pozduğu üçün barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat verib. Prokurorluğun təqdimatına Nəsimi rayon Məhkəməsində baxılacaq. Teqlər : #Arif Yunus barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Leyla Yunus şəkər xəstəliyindən əziyyət çəkir Arif Yunusun həbsi ilə bağlı rəsmi açıqlama...