`Arseanl` dayandı,`Atletiko` 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Maide.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.

Fransada "Monako" "Arsenal"ı qəbul edib.  Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Fransa klubu cütün favoriti hesab olunurdu. Oyun London klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin bu hesab Arsen Vengerin komandasına növbəti mərhələyə çıxmaq üçün kifayət etməyib.   1/8 finala “Monako” adlayıb.

Madriddə "Atletiko" Leverkuzen "Bayer"ini qəbul edib. İlk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Dieqo Simeonenin komandası həmin məğlubiyyətin əvəzini çıxıb – 1:0. Ümumi hesab bərabər olduğundan oyun penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (3:2) madridlilər 1/4 finala yüksəlib.

 

17 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Monako" (Fransa) - "Arsenal" (İngiltərə) - 0:2 
Qol: 
Jiru, 36 (0:1), Remsi, 79 (0:2)
(İlk oyun - 3:1)

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0 (Penatilər seriyası - 3:2)
Qol: 
Suares, 27 (1:0)
(İlk oyun - 0:1) 

"Atletiko": -++-+

"Bayer": -+-+-

 

18 mart
 
23:45. “Barselona” (İspaniya) - “Mançester Siti” (İngiltərə) 
(İlk oyun - 2:1)

23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Yuventus” (İtaliya) 
(İlk oyun - 1:2)

Google+ WhatsApp ok.ru