`Arsenal`dan Falkaoya 20 milyon funt-sterlinq

Oliver Jirunun zədələnməsindən sonra `Arsenal` klubu hücumçu axtarışlarını davam etdirir

London təmsilçisi "Monako"nun hücumçusu Radamel Falkaonu transfer etmək niyyətindədir. 
 
"Topçular" kolumbiyalı futbolçunu bir illiyinə icarəyə götürməyi planlaşdırır. İngiltərə təmsilçisi Falkao üçün 20 milyon funt-sterlinq ödəməyə hazırdır.
 
Qeyd edək ki, "Arsenal" Falkao ilə yanaşı, "Mançester Yunayted"dən Dani Uelbek və "Kvins Park Reyncers"dən Luik Remi ilə də yaxından maraqlanır. 

Google+ WhatsApp ok.ru