AVRO-2016: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

AVRO-2016: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

 Miade.Az xəbər verir ki, bu gün Avropa çempionatında son 1/4 finalçıların adlarına aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, gün ərzində baş tutacaq iki qarşılaşma ilə son 8 komanda tam olaraq formalaşacaq.

Günün ilk matçında 1/8 finalın ən böyük maraq doğuran cütlüyü, İtaliya ilə İspaniya üz-üzə gələcəklər. Bunu bir növ erkən final da adlandırmaq olar. Çempionat başladıqda favoritlər arasında göstərilməyən “Skuadra Adzurra” qrupdakı çıxışı ilə çempionluğa əsas iddiaçılar arasına düşüb. “Buğalar” isə Xorvatiyaya məğlubiyyətdən sonra ikinci yeri tutaraq çətin rəqiblə oynamalı oldu. Gərgin mübarizəyə səhnə olacağı gözlənilən matçın qalibinin kim olacağı səbirsizliklə gözlənilir.

Günə İngiltərə - İslandiya matçı ilə yekun vurulacaq. Güclü heyəti olmasına baxmayaraq, istənilən səviyyədə çıxış etməyən ingilislər, şübhəsiz ki, aşkar favoritdilər. Amma İslandiya onu ciddi qəbul etməməyin ağır cəzasının olduğunu artıq göstərib. Heyətdə tez-tez eksperimentlərə əl atan Roy Hocson istədiyi oyun qurğusunu “oturda” bilməsə də, istənilən halda adalıları bir addım öndə hesab etmək olar.

 

Avropa çempionatı

1/8 final

27 iyun

 

20:00. İtaliya – İspaniya

Baş hakim: Cüneyt Çakır

Sen-Deni. “Stad de Frans”

 

23:00. İngiltərə - İslandiya 
Baş hakim: Damir Skomina 
Nitsa. Nitsa şəhər stadionu.

Google+ WhatsApp ok.ru