Avrokuboklarda pley-off mərhələsi start götürür

Avrokuboklarda pley-off mərhələsi start götürür

 
Sabah avrokuboklarda pley-off mərhələsinə start veriləcək. Məlumata görə, 3 gün ərzində 32 qarşılaşma baş tutacaq.
 
Bu oyunlardan 10-u Çempionlar Liqası, 22-si Avropa Liqasında keçiriləcək. Hər iki turnirdə qrup mərhələsinə düşməkdə iddialı olanlar ilk görüşlərdə münasibətlərini aydınlaşdıracaq.
 
Qitənin ən nüfuzlu klub turnirində görüşlərdən 5-i sabah, 5-i ertəsi gün oynanılacaq. Çempionlar Liqasının ən böyük maraq doğuran cütləri “Porto” - “Roma” və “Vilyarreal” - “Monako” görüşlərində pireneylilər meydan sahibi olacaq.
 
Avropa Liqasının pley-offu avqustun 17-də başlayacaq. Həmin gün 1 görüş keçiriləcək. Ertəsi gün daha 21 qarşılaşma baş tutacaq. Azərbaycan azarkeşləri eyni saatda başlayacaq matçlarda “Qəbələ” və “Qarabağ”a azarkeşlik edəcək. Sonuncular İsveç səfərində “Höteborq”un qonağı olacaq. “Qəbələ” isə Sloveniya “Maribor”u ilə ev oyununda qüvvəsini sınayacaq.
 
Qonşu Türkiyənin hər üç komandası da eyni gündə meydana çıxacaq. “Osmanlıspor” Danimarkada “Midtyulland”la görüşəcək. “Fənərbaxça” evdə “Qrassjoppers”i sınağa çəkəcəksə, “İstanbul Başakşehir”i - “Şaxtyor”la (Ukrayna) çətin matç gözləyir.(apa) /
 
Çempionlar Liqası
Pley-off mərhələsi
 
16 avqust
22:45. “Kopenhagen” (Danimarka) - APOEL (Kipr)
22:45. “Dinamo” (Xorvatiya) - “Zalsburq” (Avstriya)
22:45. “Styaua” (Rumıniya) - “Mançester Siti” (İngiltərə)
22:45. “Ayaks” (Hollandiya) - “Rostov” (Rusiya)
22:45. “Yanq Boyz” (İsveçrə) - “Borussiya” (M, Almaniya)
 
17 avqust
22:45. “Ludoqorets” (Bolqarıstan) - “Viktoriya” (Çexiya)
22:45. “Seltik” (Şotlandiya) - “Hapoel” (Beyer-Şeva, İsrail)
22:45. “Dandalk” (İrlandiya) - “Legiya” (Polşa)
22:45. “Porto” (Portuqaliya) - “Roma” (İtaliya)
22:45. “Vilyarreal” (İspaniya) - “Monako” (Fransa)
 
Avropa Liqası
Pley-off mərhələsi
 
17 avqust
20:00. “Beytar” (İsrail) -  “Sent-Etyenn” (Fransa)
 
18 avqust
18:00. “Astana” (Qazaxıstan) - BATE (Belarus)
20:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - PAOK (Yunanıstan)
20:15. “Sonderyuske” (Danimarka) - “Sparta” (Çexiya)
20:30. “Krasnodar” (Rusiya) -  “Partizani” (Albaniya)
20:30. “Midtyulland” (Danimarka) - “Osmanlıspor” (Türkiyə)
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Hayduk” (Xorvatiya)
21:00. “Qəbələ” (Azərbaycan) - “Maribor” (Sloveniya)
21:00. “Höteborq” (İsveç) - “Qarabağ” (Azərbaycan)
21:00. “Slaviya” (Çexiya) - “Anderlext” (Belçika)
21:00. AEK (Kipr) - “Slovan” (Çexiya)
21:00. “Austriya” (Vyana, Avstriya) - “Rusenborq” (Norveç)
21:30. “İstanbul Başakşehir” (Türkiyə) - “Şaxtyor” (Ukrayna)
22:00. “Lokomotiv” (Xorvatiya) - “Genk” (Belçika)
22:00. “Panatinaikos” (Yunanıstan) - “Brondbü” (Danimarka)
22:00. “Fənərbaxça” (Türkiyə) - “Qrasshoppers” (İsveçrə)
22:00. “Voyvodina” (Serbiya) - “Alkmaar” (Hollandiya)
22:15. “Astra” (Rumıniya) - “Vest Hem” (İngiltərə)
22:30. “Gent” (Fransa) - “Şkendiya” (Makedoniya)
22:45. “Sassuolo” (İtaliya) - “Srvena Zvezda” (Serbiya)
23:00. “Aruka” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan)
23:05. “Trençin” (Slovakiya) - “Rapid” (Avstriya)

Google+ WhatsApp ok.ru