Avropa çempionatının loqosu təqdim edilib 01 Oktyabr 2016 01:00 İdman Bakı Olimpiya Stadionunda UEFA Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosunun təqdimat mərasimi keçirilib. Maide.Az-ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən verdiyi xəbərə görə, tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi nümayəndə heyəti, AFFA-nın rəhbərliyi, Avro-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarının Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, tədbirin xüsusi qonağı, dünya futbolunun tanınmış simalarından biri, Avro-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimin aparıcıları tərəfindən çıxış üçün səhnəyə ilk olaraq Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov dəvət olunub. Sonra UEFA-nın prezidenti Aleksander Çeferin çıxış edib. Ardınca, indiyə qədər keçirilmiş Avropa çempionatlarının maraqlı məqamlarını əks etdirən qısa videoçarx nümayiş olunub. Ruud Qullitin çıxışından sonra mərasim iştirakçıları Avro-2020-nin oyunlarının ev sahibliyinə iddia irəli sürülərkən AFFA-nın sifarişi ilə hazırlanmış videoçarxı izləyiblər. Tədbirin sonunda səhnəyə dəvət olunan akrobatların maraqlı çıxışının müşayiəti ilə UEFA Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim olunub. / Teqlər : #Avropa çempionatının loqosu təqdim edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həftənin ən gözəl qol ötürmələri - Video Futbol üzrə Azərbaycan çempionatında VII turun keçiriləcək oyunları