Avropa Liqası: “Qəbələ” və “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqası: “Qəbələ” və “Qarabağ”ın rəqibləri müəyyənləşib

 Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 44 klub 22 cütlük təşkil edib.
 
Püşkatmada Azərbaycan klubları “Qarabağ”la “Qəbələ”nin də rəqibləri də bəlli olub.
 
Çempionlar Liqasında mübarizəni dayandırıb, çıxışını bu turnirdə davam etdirən “Qarabağ” İsveçin “Höteborq” klubu ilə qarşılaşacaq. Avropa Liqasında 3 mərhələ adlayan “Qəbələ” isə Sloveniyanın “Maribor” klubu görüşəcək.
 
Pley-offun avqustun 18-də baş tutacaq ilk oyunlarında “Qəbələ” və “Qarabağ” səfərdə oynayacaq. Cavab matçları avqustun 25-də baş tutacaq. /
 
Avropa Liqası
Pley-off mərhələsi
“Maribor” (Sloveniya) - “Qəbələ” (Azərbaycan)
“Höteborq” (İsveç) - “Qarabağ” (Azərbaycan)

Google+ WhatsApp ok.ru