Avropa Liqasında final oyunu - VİDEO

Bu gün Avropa Liqasında final oyuu keçiriləcək.

Maide.Az-ın məlumatına görə, həlledici görüşdə “Liverpul” və “Sevilya” komandaları üz-üzə gələcək.
 
İndiyədək dörd dəfə Avropa Liqasının kubokunu qazanan “Sevilya” həm də turnirin son qalibidir.
 
“Liverpul” isə üç dəfə UEFA kubokunu qazanıb. Liverpul təmsilçisi sonuncu dəfə 2000-2001 mövsümünün finalında İspaniya təmsilçisi “Alaves”ə qalib gələrək o zaman UEFA kuboku adlanan turnirin qalibi olub.
 
İsveçrənin Bazel şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 
18 may
 
Avropa Liqası, final
 
22:45. “Liverpul” (İngiltərə) - “Sevilya” (İspaniya)
 
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (hamısı İsveç), Sveyn Oddvar Moen (Norveç)
Bazel. “Sent Yakob-Park” stadionu  /

Google+ WhatsApp ok.ru