Avropa Liqasında III turun oyunları keçiriləcək

Avropa Liqasında III turun oyunları keçiriləcək

Tur çərçivəsində 12 qrupda ümumilikdə 24 görüş baş tutacaq
 
Bu gün futbol üzrə Avropa Liqasında III turun oyunları keçiriləcək. 
 
"Report"un məlumatına görə, 12 qrupda ümumilikdə 24 görüş baş tutacaq.
 
Azərbaycanlı futbol azarkeşləri üçün maraqlı oyunlardan biri İngiltərənin Mançester şəhərində olacaq. A qrupunda "Mançester Yunayted" Türkiyənin "Fənərbağça" klubunu qəbul edəcək. İstanbul təmsilçisi bu görüşdə qələbə qazanmaqla qrup liderliyini qorumuş olacaq. "Qırmızı şeytanlar" isə "Old Trafford"dan qələbə 3 xalla ayrılacağı təqdirdə xal ehtiyatını 6-ya çatdıracaq. Qrupun digər görüşündə isə Hollandiyada "Feyenoord" və Ukrayna "Zarya"sı üz-üzə gələcək.
 
"Qəbələ"nin çıxış etdiyi C qrupunda Belçika "Anderlext"i Almaniyada "Maynts"la münasibətlərinə aydınlıq gətirəcək. Aktivində 4 xal olan komandalar qrupda ilk iki
pilləni bölüşür. Qalib komanda liderliyini möhkəmləndirəcək. Qrupun digər oyununda Azərbaycanın "Qəbələ" klubu Fransada "Sent-Etyen"lə qarşılaşacaq.
 
"Qarabağ"ın mübarizə apardığı J qrupunda isə İtaliya "Fiorentina"sı Çexiyanın "Slovan" komandasını qəbul edəcək. Çexiya klubu qrupdan çıxmaq üçün qələbə qazanmağa çalışacaqsa, meydan sahibləri 3 xal sayəsində liderlik mövqeyində qalacaq. "Qarabağ" isə Bakıda Yunanıstan PAOK-unu sınağa çəkəcək.
 
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev və briqadası bu gün Türkiyədə iş başında olacaq. H qrupunda "Konyaspor"la Portuqaliya "Braqa"sı arasında baş tutacaq görüş hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir.
 
Portuqaliya təmsilçisi 1 xalla 3-cü, aktivində xal olmayan "Konyaspor" isə qrup sonuncusudur. Bu qrupun digər görüşündə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu Belçika "Gent"i ilə qarşılaşacaq.
 
Avropa Liqası, qrup oyunları, III tur
20 oktyabr
A qrupu
23:05. "Mançester Yunayted" (İngiltərə) - "Fənərbağça" (Türkiyə)
23:05. "Feyenoord" (Hollandiya) - "Zarya" (Ukrayna)
Xal durumu: "Fənərbağça" - 4. "Feyenoord" - 3. "Mançester Yunayted" - 3. "Zarya" - 1.
 
B qrupu
23:05. "Olimpiakos" (Yunanıstan) - "Astana" (Qazaxıstan)
23:05. APOEL (Kipr) - "Yanq Boyz" (İsveçrə)
Xal durumu: APOEL - 6. "Olimpiakos" - 3. "Yanq Boyz" - 1. "Astana" - 1.
 
C qrupu
23:05. "Sent-Etyen" (Fransa) - "Qəbələ" (Azərbaycan)
23:05. "Maynts" (Almaniya) - "Anderlext" (Belçika)
Xal durumu: "Maynts" - 4. "Anderlext" - 4. "Sent-Etyen" - 2. "Qəbələ" - 0.
 
D qrupu
23:05. AZ (Hollandiya) - "Makkabi" (Tel-Əviv, İsrail)
23:05. "Dundalk" (İrlandiya) - "Zenit" (Rusiya)
Xal durumu: "Zenit" - 5. "Dundalk" - 4. AZ - 1. "Makkabi" - 0.
 
E qrupu
23:05. "Roma" (İtaliya) - "Austriya" (Avstriya)
23:05. "Viktoriya" (Çexiya) - "Astra" (Rumıniya)
Xal durumu: "Roma" - 4. "Austriya" - 4. "Viktoriya" - 2. "Astra" - 0.
 
F qrupu
23:05. "Genk" (Belçika) - "Atletik" (İspaniya)
23:05. "Rapid" (Avstriya) - "Sassuolo" (İtaliya)
Xal durumu: "Atletik" - 3. "Genk" - 3. "Rapid" - 3. "Sassuolo" - 3.
 
G qrupu
21:00."Standart" (Belçika) - "Panatinaikos" (Yunanıstan)
21:00. "Selta" (İspaniya) - "Ayaks" (Hollandiya)
Xal durumu: "Ayaks" - 6. "Selta" - 4. "Standart" - 1. "Panatinaikos" - 0.
 
H qrupu
21:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Gent" (Belçika)
21:00. "Konyaspor" (Türkiyə) - "Braqa" (Portuqaliya)
Xal durumu: "Şaxtyor" - 6. "Gent" - 4. "Braqa" - 1. "Konyaspor" - 0.
 
İ qrupu
21:00. "Krasnodar" (Rusiya) - "Şalke" (Almaniya)
21:00. "Zalsburq" (Avstriya) - "Nİtsa" (Fransa)
Xal durumu: "Krasnodar" - 6. "Şalke" - 6. "Zalsburq" - 0. "Nitsa" - 0.
 
J qrupu
21:00. "Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan)
23:05. "Slovan" (Çexiya) - "Fiorentina" (İtaliya)
Xal durumu: "Fiorentina" - 4. PAOK - 4. "Slovan" - 1. "Qarabağ" - 1.
 
K qrupu
21:00. "İnter" (İtaliya) - "Southempton" (İngiltərə)
21:00. "Hapoel" (Bir Şeva, İsrail) - "Sparta" (Çexiya)
Xal durumu: "Hapoel" - 4. "Southempton" - 4. "Sparta" - 3. "İnter" - 0.
 
L qrupu
21:00. "Styaua" (Rumıniya) - "Sürix"(İsveçrə)
21:00. "Osmanlıspor" (Türkiyə) - "Vilyarreal" (İspaniya)
Xal durumu: "Vilyarreal" - 4. "Sürix" - 3. "Osmanlıspor" - 3. "Styaua" - 1.

Google+ WhatsApp ok.ru