Avropa Liqasının `transfer bombaları`: `Qarabağ` və `Qəbələ`dən...

Avropa Liqasının `transfer bombaları`: `Qarabağ` və `Qəbələ`dən...

Avropa Liqasının qrup mərhələsində iştirak edəcək komandaların ən yaxşı transferləri açıqlanıb.

"Onluq"da Azərbaycan klubları - "Qarabağ" və "Qəbələ"dən, həmçinin təmsilçilərimizin rəqiblərindən heç bir futbolçu yer almayıb.

Gözlənildiyi kimi, "onluq"da "Mançester Yunayted"in yeni transferləri Zlatan İbrahimoviç və Pol Poqba xüsusi vurğulanıblar.
 
"Onluq"da bu transferlər yer alıb:
Zlatan İbrahimoviç: PSJ-dən "Mançester Yunayted"ə
PSJ ilə müqaviləsi başa çatan İbrahimoviç uzun danışıqlardan sonra "Mançester Yunayted"ə üz tutdu. Yenidən Joze Mourinyo ilə birgə çalışan isveçli forvard "mankunianlar"a qısa zamanda uyğunlaşdı. İbrahimoviç və yeni komandasının Avroliqada mübarizə aparması turnirə əlavə rəng qatacaq.
 
Pol Poqba: "Yuventus"dan "Mançester Yunayted"ə
"Mançester Yunayted" İbrahimoviçlə yanaşı, Pol Poqbanı da transfer etməklə gündəmi zəbt etdi. "Mankunianlar"a qayıdan fransalı yarımmüdafiəçi bu dəfə komandasının aparıcı üzvlərindən sayılır.
 
Qabriel Barbosa: "Santos"dan "İnter"ə
İtaliyanın "İnter" klubu "transfer pəncərəsi"nin bağlanmasına az qalmış Braziliya yığmasının üzvü Qabriel Barbosanı heyətinə qatdı. Olimpiada çempionu olmuş 20 yaşlı futbolçu ölkəsində "ikinci Neymar" adlandırılır.
 
Koke: "Sevilya"dan "Şalke"yə
"Sevilya"da özünü yaxşı tərəfdən göstərən Koke Almaniyadan gələn təklifi geri çevirmədi. Sağ cinah müdafiəçisi "Şalke" ilə anlaşdı.
 
Breel Embolo: "Bazel"dən "Şalke"yə
19 yaşlı istedadlı futbolçu İsveçrədə çox qalası olmadı. "Bazel"də parlayan Embolonu da "Şalke" heyətinə qatdı.
 
Yevgeni Konoplyanka: "Sevilya"dan "Şalke"yə
"Şalke"nin bu yay heyətinə qatdığı növbəti futbolçu Konoplyanka oldu. Almanlar "Sevilya"nın ukraynalı yarımmüdafiəçisini icarəyə götürdülər.
 
Dante: "Volfsburq"dan "Nitsa"ya
Avroliqanın qrupunda çıxış edəcək "Nitsa" heyətini braziliyalı müdafiəçi Dante ilə gücləndirdi. Təcrübəli futbolçunun keçidi Fransa təmsilçisinin gücünü bir qədər də artıracaq.
 
Pato: "Korintians"dan "Vilyareal"a
Bir müddət "Çelsi"də icarə əsasında çıxış edən Pato Avropaya birdəfəlik qayıtdı. "Vilyareal"la anlaşan "sambaçı" yeni klubunda qol hesabını da açıb.
 
Martin Şkrtel: "Liverpul"dan "Fənərbağça"ya
Avroliqanın iştirakçılarından olan "Fənərbağça"nın yayda heyətinə qatdığı Şkrtel yaxşı transferlərdən sayılır. Slovakiyalı futbolçu təcrübəsi hesabına "sarı-lacivərdlilər"in uğurlarında pay sahibi olmaq arzusundadı.
 
Pyer-Emil Höybyerq: "Bavariya"dan "Sauthempton"a
"Bavariya"da heyətə düşə bilməyən futbolçu İngiltərəyə köçdü. "Sauthempton" 21 yaşlı Höybyerqi sıralarına cəlb etdi. (apa) /

Google+ WhatsApp ok.ru