AXCP rəhbərliyi prokurorluqda dindirilib

AXCP rəhbərliyi prokurorluqda dindirilib

Aprelin 20-də AXCP sədr müavini Gözəl Bayramlı və partiyanın Təşkilat Şöbəsinin müdüri Saqif Qurbanov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Partiya rəhbərliyinə saxta sənədlərlə xarici ölkələrə mühacir göndərməklə bağlı suallar verilib.
 
Xatırladaq ki, AXCP sədri Əli Kərimli də dindirilmək üçün 5-ci gün, saat 10:30-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib. (azadliq.info) /

Google+ WhatsApp ok.ru