Ayətullah Xamenei 1800-dən çox məhbusu əfv etdi

Ayətullah Xamenei 1800-dən çox məhbusu əfv etdi

Ali Rəhbər Ayətullah Xamenei Bəşəriyyərin xilaskarı İmam Zamanın (əc) mövludu və 12  Fərvərdib İslam Respublikası günü  münasibəti ilə bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.
 
Maide.Az "leader.ir"-ə istinadla xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
 
Qeyd edək ki, İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi qeyd olunan bayramlarla əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 1849 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi  xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.

Google+ WhatsApp ok.ru