Ayaqlar niyə qoxu verir?

Ayaq qoxusunun ən ciddi səbəbi tərdir. Çox qoxu verən ayaq əslində ən tərli ayaq ola bilər.

Deyerler.org xəbər verir ki, hər kəs qoxu verən ayağın nə demək olduğunu bilir, bu vəziyyət nə ayağı iy verən, nə də qoxunu alan kəslər üçün yumor hissi yaratmır. Hətta bir çox insan terapiyalarla, evdə təmizlik üsulları ilə və ya dərmanlarla bu qoxudan xilas olmağa çalışırlar. Dünyanın qoxusuz, hətta ən şirin qoxulu insanın da bağlı idman ayaqqabılarla bir neçə kilometr qaçdıqdan sonra ayaqlarında dözülməz qoxular yarana bilər. Yaxşı, bәs ayaq qoxusunun əsas səbəbi nədir və ayaqlarımız niyə bədənin digər hissələrindən daha ağır bir qoxu yaradır?

Ayaq qoxusunun ən ciddi səbəbi tərdir. Çox iy verən ayaq, əslində ən tərli ayaq ola bilər. Ayağımızda 26 sümük, 33 oynaq, 107 bağ toxuma və 19 əzələ quruluşu vardır. İki ayağımızda ümumilikdə 250.000 tər vəzi var və hamısı birlikdə gündə bir kuboku dolduracaq qədər tər ifraz edə bilir. Bu da ayağımızın hər kvadratsantimetrində bədənimizin digər hər yerindən daha çox tər çıxardığını sübut edir.

Əslində əsl problemin mənbəyi təkcə tər deyil. Bunun bir səbəbi də var. Bədənimizdə iki növ tər vəzi var: apokrin vəziləri və ekrin vəziləri. Apokrin vəziləri tük köklərinə yaxın yerlərdə olur (qoltuqaltı, qasıq bölgəsi kimi). Bu vəzilərdən ifraz olunan tər sarımtıl və nisbətən daha sıx olan bir mayedir. Ancaq ayağımızda apokrin vəzi yoxdur. 

Digər tərəfdən də, ekrin vəziləri bədənin hər yerində var və bura ayaqlarımız da daxildir. Buradan ifraz olunan tərin məqsədi isə bədən temperaturunun azaldılmasıdır. Dabanlarımızda olan ekrin vəzilərindən ifraz olunan tər əsasən, su və duzdan ibarətdir və tək başına demək olar ki, qoxusuzdur.

Qoxunun həqiqi və əsl səbəbi isə ayağımızda yaşayan 10000-ə yaxın bakteriya növünün 1 milyon artıq üzvüdür. Gün ərzində ayaqlarımızın örtülü olması və istəməsək də tərləməsi, burada yaşayan bakteriyalar üçün də ən uyğun mühiti formalaşdırır (rütubətli, qaranlıq və isti).

Tibbdə bromodosis kimi adlanan ayaq qoxuması vəziyyəti kəskin səviyyəyə çata bildiyi kimi, ayaqda ekzema, göbələk kimi dəri xəstəliklərinin həm göstəricisi, həm də əsas səbəbi də ola bilir.

Bunun qarşısını necə almaq olar?

Hiperhidroz (çox tərləmə və ya su itkisi) kimi regional bioloji vəziyyətlərdən çox təsirlənən ayaq qoxusunun əlbəttə, ən etibarlı qarşısını alma metodları bir həkim məsləhətilə qoxunun həqiqi səbəbi müəyyən edildikdən sonra həyata keçirilməlidir.

Ancaq hər gün bəzi tövsiyyələrə əməl etməklə də bu narahatlığın qarşısını almaq mümkün ola bilər:

Hər gün ayaqları su və sabunla yumaq

Dırnaqların vaxtında kəsmәk

Hər gün təmiz və qeyri-sintetik corablar geyinmәk

Ayaqları mümkün qədər quru saxlamaq

Ayaqqabıların hava ala bilən və rahat modellərinə üstünlük vermәk

Dezinfeksiyaedici spreylərdәn istifadə etmәk

İmkan daxilindә hər gün eyni ayaqqabıdan istifadə etmәmәk

Ayaqqabıların içinə antibakteryal sprey vurmaq

Ayaqların yuyumasından sonra sink tərkibli yağlarla masaj etmәk

Qoxu qarşısını alan pudralardan istifadə etmәk

Corabların yuyulmadan əvvəl daxili-xaricinin təmizlənməsi kimi üsullar, ən azından fərdi olaraq bu qoxunun azalmasını və ya bakterialqıcıqlanmanın qarşısını almağı təmin edə bilər.

 

Google+ WhatsApp ok.ru