Azərbaycanda cərimələr artırıldı

Azərbaycanda avtomobillərin icbari sığortalanmamasına görə cərimələr kəskin artırılıb.

Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiq edib.

Milli Məclisin qəbul etdiyi qanuna görə, cərimələrin məbləği fiziki şəxslər üçün 10 manatdan 50 manata, vəzifəli şəxsləri üçün 60-80 manatdan 100 manata, hüquqi şəxslər üçün isə 150-200 manatdan 300 manata çatdırılıb.

Google+ WhatsApp ok.ru