Azərbaycanlı nazir erməni idmançılara zəmanət verdi

“Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı bütün 49 Avropa ölkələri Bakıya dəvət olunub. Ermənistan mətbuatından gələn xəbərlərə görə, Ermənistan da bu tədbirdə iştirak edəcək”.
 
Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
 
Nazir Azərbaycan dövləti tərəfindən Ermənistan idmançılarına təhlükəsizlik, o cümlədən viza və digər məsələlərlə bağlı zəmanət verildiyini də bildirib.
 
Qeyd edək ki, I Avropa Oyunları Azərbaycanda gələn ilin yayında keçiriləcək.

Google+ WhatsApp ok.ru