Azərbaycanda bank məhkəməyə verildi - FAİZLƏR SİLİNSİN

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından 2-si məhkəməyə verilib. Maide.az xəbər verir ki, bu barədə fins.az Bakı Apelyasiya Məhkəməsinə istinadən məlumat verib. Hər iki bankın işinə noyabrın 7-də, hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.
 
Haqqında məhkəmə iddiası qaldırılmış banklardan biri “Rabitəbank”dır. Bankı keçmiş işçisi məhkəməyə verib. İddiaçı “Rabitəbank”dan onu işə bərpa etməyi tələb edir. 1-ci instansiya olaraq bu işə Xətai rayon məhkəməsində baxılıb.
 
Məhkəməyə verilmiş digər bank isə “NBC Bank”dır. Bankı sadə vətəndaş məhkəməyə verib. İddiaçı “NBC Bank”dan Kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulunun silinməsini tələb edir. 1-ci instansiya olaraq bu işə isə Nərimanov rayon məhkəməsində baxılıb.

Google+ WhatsApp ok.ru