Azərbaycan boksçusu ermənini məğlub edib, qızıl medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 üzvü – Elvin İsayevlə Lorenzo Sotomayor yarışın qalibi olub.
 
60 kq çəki dərəcəsində mübarizə aparan İsayev finalda Ermənistan idmançısı Samvel Barseqyanla üz-üzə gəlib və rəqibini rinqə çıxmağa peşman edib. 
 
Sotomayor da (64 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqda ciddi müqavimətlə üzləşməyib. Millimizin Kuba əsilli boksçusu final döyüşünün hər 3 raundunda özbəkistanlı Fazliddin Qaibnazarovdan üstün olub. 
 
Qadınların turnirində çıxış edən Yelena Vıstropova (64 kq) isə gümüş medalla kifayətlənib. Bu yarışda fərqli çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə İsveç nümayəndəsi Aqnes Aleksiussona uduzub. 
 
Qeyd edək ki, “Strandja” turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.

Google+ WhatsApp ok.ru