Azərbaycanlılar Qazaxıstana 13 min dollar ziyan vurdular – FOTO

Qazaxıstanın Manqistaus əyalət məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, Tupkaraqan rayon məhkəməsində Azərbaycan Respublikasının üç vətəndaşına dair aparılan cinayət işinin məhkəmə baxışı sona çatıb. Onlar Xəzər dənizinin Qazaxıstan akvatoriyasında qanunsuz balıq sənayesi ilə məşğul olduqları üçün saxlanılıblar.  

Məhkəmə iclasında müəyyən edilib ki, Azərbaycan vətəndaşları Xəzər dənizində Qazaxıstanın dəniz sərhədlərini pozaraq ümumi çəkisi 287 kq çəki balığı növündən olan 94 ədəd balıq tutublar. Qeyd edək ki, onların tutulması qanunla qadağandır. Məhkumlar öz günahlarını təkzib etsələr də, onların günahı məhkəmədə iştirak edən şahidlərin ifadələri ilə tam olaraq sübut edilib. Cinayətkarlar törətdikləri əməl ilə Qazaxıstana 2 milyon 400 min təngə (13 042 dollar) ziyan vurublar.      

Məhkəmədə hər üç məhkumun Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin m.287.b.3 və m.392 b.1 üzrə günahkar bilinərək, hər biri iki il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı, beş il müddətinə Qazaxıstan ərazisindən çıxarılmaları qərara alınıb.

(oxu.az)

Google+ WhatsApp ok.ru