Azərbaycan çempionatları tarixində 11 mininci qol vurulub

Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Simurq” oyununda ölkə çempionatları tarixində yubiley qolu vurulub. Maide.az "Apasport"a istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Ruslan Abışovun vurduğu qol ölkə futbol çempionatları üçün 11000-ci olub.

 

Belə ki, 1:0 hesabı ilə başa çatan qarşılaşmayadək 1992-ci ildə start götürən milli çempionatlarda 10999 qol vurulmuşdu. Cari mövsümün startına qədər bu rəqəm 10720, XXIX turdan əvvəl isə 10992-yə bərabər idi. Mövsümün 280-ci, turun 8-ci –sonuncu qolu yubiley xarakteri daşıyıb.

 

Qeyd edək ki, ölkə çempionatlarında 10000-ci qol 865 gün əvvəl - 2012-ci il noyabrın 25-də vurulmuşdu. Topaz Premyer Liqasının 2012/13 mövsümünün XIV turunun “Bakı” – “Neftçi” oyununda Elvin Məmmədovun qonaqların qapısına vurduğu top ölkə futbol çempionatlarında 10000-ci qol olmuşdu.

 

Premyer Liqada neçə qol vurulub

 

mövsüm

Keçir

ilməli oyun

Baş tutma

yan oyunlar

Baş tutan oyunlar

Qol sayı

Orta məhsuldarlıq

1992

482

81

401*

1191

2,97

1993

184

14

170

437

2,57

1993/94

240

24

216

605

2,80

1994/95

156

22

134

401

2,99

1995/96

160

7

153

469

3.07

1996/97

240

9

231

692

2,99

1997/98

182

27

155

405

2,61

1998/99

236

26

210

590

2,81

1999/2000

132

5

127

307

2,42

2000/01

111

15

96

302

3,15

2001/02

148

5

143

376

2.63

2003/04

182

15

167

485

2,90

2004/05

307

19

288

684

2,38

2005/06

182

0

182

423

2,32

2006/07

156

1

155

361

2,33

2007/08

182

1

181

434

2,40

2008/09

182

0

182

443

2,43

2009/10

192

0

192

392

2,04

2010/11

192

0

192

381

1,98

2011/12

192

0

192

445

2,32

2012/13

192

1

191

465

2,43

2013/14

180

0

180

432

2,40

2014/15

116

1

115

280

2,43

Cəmi

4526

273

4253

11000

2,59

 

Google+ WhatsApp ok.ru