Azərbaycanda ödəniş kartı ilə əməliyyat aparan zaman pozuntuya yol verənlərə qarşı cəzalar sərtləşir

Azərbaycanda ödəniş kartı ilə valyuta əməliyyatları aparan zaman icbari yığımın ödənilməməsinə görə ağır cəzanın tətbiq edilməsi təklif olunur.
 
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən İnzibati Xətalar Məcəlləsinə yeni əlavələr layihəsi təqdim olunub.
 
Məcəlləyə 222.5-ci maddənin ("ödəniş kartı ilə qanunda nəzərdə tutulan hallarda aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə, fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğin 100%-i miqdarında cərimə edilir") əlavə edilməsi təklif olunur.
 
Layihə Milli Məclisin bu gün keçiriləcək növbədənkənar xüsusi iclasında müzakirəyə çıxarılacaq.

Google+ WhatsApp ok.ru