Azərbaycan İslam Partiyasının sabiq sədr müavini həbs edildi

Maide.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədov həbs edilib. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəsmi məlumat yayıb. 

İnqilab Əhədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Google+ WhatsApp ok.ru