Azərbaycanda dializ xəstələrinin sayı açıqlanıb

Hazırda Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən 2 min 842 nəfər xəstə var.
 
"Xəzər Xəbər" məlumat verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Dünya Böyrək Günü ilə əlaqədar keçirilən konfransda akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev məlumat verib. Onun sözlərinə görə, onların 1138-i Bakının, 1704-ü isə regionların payına düşür. O deyib:” İnamla demək olar ki, ölkəmizdə hemodializ növbəsi yoxdur. Ümumiyyətlə, xroniki böyrək çatışmazlığı uzun sürən böyrək xəstəliyi nəticəsində əmələ gəlir. Bu tendensiyaya həm dünyada, həm də ölkəmizdə rast gəlinir. Azərbaycanda hemodializ qəbul edən xəstələrin əksəriyyətində böyrək xəstəliyinə səbəb şəkərli diabetdir.
 
Şöbə müdiri böyrək çatışmazlığı xəstəliyinin müalicəsində ən böyük problemlərdən birinin kadr çatışmazlığı olduğunu diqqətə çatdırıb: ”Hazırda dializ müalicəsi ilə məşğul olan 171 həkim vardır ki, bu da yetərincə deyil. Dializ müalicəsi ilə məşğul olan orta tibb işçilərinin sayı isə 408 nəfərdir”./
 

Google+ WhatsApp ok.ru