Çökmüş səhiyyə sisteminə olan etimad necə bərpa edilməlidir?

Bu gün ölkə səhiyyəsi ilə bağlı əhali arasında narazılıqlar ciddi tendensiya formasını alıb. Həkim səhlәnkarlıqları artıq bütün sərhədləri aşıb. Neçə-neçə ana, yeni doğulan uşaq ölümləri artıq gündəlik xəbərlərə çevirilib. Digər tərəfdən adi diaqnozun qoyulması belə çox müşkül bir prosesə çevrilən Azərbaycanda ürəkağrıdan səhnələrə şahidlik edirik. Yeni-yeni texnikaların gətirilməsi bu boşluğu doldura bilmir. Bununla bağlı isə hələ də ciddi addımların atıldığının şahidi olmuruq.
 
Jurnalist İlhamiyyə Rzayeva Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ölkə səhiyyəsi bir sistem olaraq özünü doğrultmur: “Bizim çox dəyərli mütəxəssislərimiz var. Bu gün tibb sahəsinə aid bütün iradlar birbaşa səhiyyə idaretməsi ilə bağlıdır. Ümid edirəm ki, icbari tibbi sığortaya keçid bu sahədə bir çox problemləri həll edəcək.
 
Yenə də iqtisadi baxımdan bizdən qat-qat zəif olan Gürcüstanla müqayisə etmək məcburiyyətindəyəm. Orda icbari tibbi sığortaya keçid özəl tibb sahəsində ancaq keyfiyyətli mütəxəssislərin qala bilməsinə münbit şərait yaradır.Yeni yaradılmış sistemdə geyri-peşəkar, vicdansız, səriştəsiz həkimə sadəcə yer qalmır. Cinayətkarlar bütün sahələrdə var. Bunlar istisnalardır. Biz tendensyalardan danışmalıyq. Burada bacarıqlı idarəetmə, menecment və üstəgəl vicdan və vətəndaşlıq hissi tələb olunur”.
 
Milli Şuranın üzvü Eldəniz Quliyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ölkədə müxtəlif diaqnostika mərkəzlərinin açılması ilə səhiyyə sistemini inkişaf etdirmək olmaz: “Dəfələrlə demişik ki, ölkədə səhiyyə və təhsil sistemi bərbad durumdadır. Artıq bu sahələr üzrə baş verən neqativ halları gizlətmək olmur. Ölkədə müxtəlif diaqnostika mərkəzlərinin açılması ilə səhiyyə sistemini inkişaf etdirmək olmaz. İnsanlar ölkə səhiyyəsinə inanmır. Ən sadə müayinələr, müalicələr üçün Gürcüstana, İrana, Türkiyəyə üz tutrlar. Bu səhiyyənin artıq təhsil mərhələsində öz neqativ tərəflərini aşkar etməsindən qaynaqlanır.
Ali məktəblərə rüşvətlə daxil olunur, rüşvətlə təhsil alınır. Bu cür təhsil alan həkimlərdir ki, bu gün naşılıq edir. Bununla da nəinki günah, eləcə də ölüm hallarına səbəb olurlar. Azərbaycan səhiyyə sistemi kökündən sökülüb yenidən tikilməlidir. Dünyanın səhiyyə təcrübəsinə istinad edilməlidir. İnsan talei ilə oynamaq olmaz. Təhsilimiz insan həyatıdırsa, səhiyyəmiz insan taleidir. Avropada səhiyyə sistemində işə düzəlmək üçün çox ciddi proseduralardan keçmək lazım gəlir. Amma bizdə bütün proseduralar pull ilә həll olunur. Bu baxımdan da KİV-lərdə gündə həkim səhlənkəralığının qurbanları ilə bağlı xəbərlərə rast gəlirik”./

Google+ WhatsApp ok.ru